“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir” -ZAURDAN ŞOK SÖZLƏR
Gündəm
Zaur Baxşəliyev Elgiz Əkbərə dəstək oldu: “Hansı kanalda yenilik var?”
Expressxeberler.az xəbər verir ki, aparıcı Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin televiziya verilişləri ilə bağlı səsləndirdiyi fikirlərə dəstək olub.
O, sosial şəbəkədə keçirdiyi canlı yayım zamanı televiziya proqramlarında yeniliklərin olmadığını bildirib.
Zaur Baxşəliyev qeyd edib ki, tənqid olunan verilişlər əvvəlki qaydada efirə davam edir:
“Hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə gedir efirə. Elgiz düz deyir. Nə desin? Nə var? Hansı kanalda yenilik var? Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur.
Biləcəridən o tərəfə heç bir verilişimizə baxılmır. Yaxşı, lap bizim verilişlərimizi bağladınız. Bəs hanı? Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır? Ona görə də indi hamı sosial şəbəkədədir. İnşallah, tezliklə həll olunar”.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #ZaurBaxşəliyev #ElgizƏkbər #Televiziya



