Bazar gününə olan hava proqnozu
Cəmiyyət
Bakıda sabah yağış yağacaq – Dağlıq ərazilərə qar yağır
Expressxeberler.az xəbər verir ki, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Gecəyə doğru yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13°, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 6-11°, gündüz 14-18° isti, dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 8-13° isti olacaq.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Hava #Yağış #Azərbaycan



