Habil Vəliyev Prezidentə müraciət etdi: Xidmətlərimi nəzərə alaraq,Ali Məhkəmədə keçiriləcək…

IMG_9334 Cəmiyyət
13:18 Expressxeberler.az

“Yeni Əkinçi’ xəbər verir ki,hal-hazırda həbsdə olan Qarabağ müharibəsi veteranı,’’Yeni Əkinçi’’ media qrupun rəhbəri Habil Vəliyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident !

2024-cü ilin yanvar ayının 13-də 125 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri olduğum vaxtda DİN tərəfindən gözlənilmədən həbs olundum.30 ilə yaxın müddətdə seçki komissiyalarında sədr olmuşam.İkinci dəfədir ki,gözlənilmədən həbs olunuram.

Ali təhsilli hüquqşünas olmağıma baxmayaraq,nədənsə məhkəmə zallarında qanunun aliliyini sübut edə bilmirəm.Axı mən hüququn fəlsəfəsini bilirəm.Axı mən formal məntiq nəzəriyyəsinin 4 əsas qanunlarından biri olan əsasların kafiliyi qanununu bilirəm.Əsasların kafiliyi qanunun iki hissədən ibarət olmasını bilirəm.Birinci hissədə Real Əsas İstintaq Hərəkətləri zamanı real əsası olmadığı halda məntiqi əsası əsas götürülür.Bu halda törədilməsi güman edilən cinayət aşkar olmadığı halda heç bir istintaq hərəkəti nəticə verə bilməz.Belə olan halda icraata xitam verilməlidir.

Cənab Prezidentimiz !

Sizin dediyiniz kimi,Mən həmişə ləyaqətlə yaşamışam.Qarabağ Müharibəsində ləyaqətlə döyüşmüşəm.Dövlətimizə,dövlətçiliyimizə,Ulu Öndərimizə və hal-hazırda sizə sadiq olmuşam və sadiqəm.

Axı mən hansı günahın sahibiyəm ki,günahsız yerə həbs olunuram.Əgər mənim fəaliyyətim dövlət üçün yararsızdırsa,mən fəaliyyətimi dayandıra bilərəm.

Hörmətli Cənab Prezident!

Sizdən xahiş edirəm ki,mənim dövlətimə,dövlətçiliyə vicdanla xidmət etdiyimi nəzərə alaraq 06.10.2026-da keçiriləcək Ali Məhkəməni ədalətlə keçirilməsinə nəzarət edəsiniz.

Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm deyə müraciət sonlandırılır.

79 baxış
Paylaş: