Hakan Fidan: Ukraynadakı münaqişə daha da şiddətlənəcək

6aa9862dae5ac940d034fe3f Siyasət
00:14 Expressxeberler.az

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı münaqişənin daha da şiddətlənəcəyini bildirib.

Expressxeberler.az xəbər verir ki, diplomatın sözlərini “Minval” nəşri sitat gətirib.

Fidan bildirib ki, münaqişə coğrafi baxımdan, müharibənin aparılma üsulları və hədəflərin seçilməsi baxımından daha da genişlənə və şiddətlənə bilər.

Türkiyənin xarici işlər naziri münaqişənin daha geniş ərazilərə yayılmasının qarşısının alınmasına çağırıb.

Daha əvvəl Rusiya və Türkiyənin Ukraynanın Qara dənizdəki fəaliyyətini müzakirə etdiyi bildirilib. Moskvanın mövqeyinə görə, Kiyevin bu istiqamətdəki addımları gəmiçilik təhlükəsizliyinə təhdid yaradır.

Xarici işlər nazirlikləri arasında keçirilən məsləhətləşmələr zamanı Rusiya tərəfinin Ukrayna böhranının həlli ilə bağlı fundamental yanaşmalarını Türkiyəyə çatdırdığı da qeyd olunub.

177 baxış
Paylaş: