İrana qarşı müharibənin dayandırılmasının ilkin şərti…

IMG_0856 Dünya
21:42 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Röyters”ə açıqlamasında İranın uranın zənginləşdirilməsi səviyyəsini əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib.

Vens qeyd edib ki, İran nüvə silahına sahib olmaq istəmirsə, uranın zənginləşdirilməsini 60 faiz səviyyəsindən aşağı salmalıdır.

ABŞ vitse-prezidentinin sözlərinə görə, Vaşinqton əvvəlki kimi Tehranla saziş bağlamağa hazırdır. Lakin bunun üçün İrandan nüvə proqramı ilə bağlı konkret güzəştlər tələb olunur.

O əlavə edib ki, Tehranda son qərarı kimin qəbul etdiyi hələ də tam aydın olmadığı üçün vəziyyəti qiymətləndirmək çətindir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

81 baxış
Paylaş: