Meyitxanada dirilən kişi siqaret istədi
Dünya
Öldü zənn edilən motosikletçi meyitxanada ayıldı – İlk istəyi hər kəsi təəccübləndirdi
Nigeriyada yol qəzasından sonra öldüyü düşünülən motosikletçi meyitxanada gözlənilmədən ayılıb. Kişinin özünə gəldikdən sonra ilk olaraq siqaret istəməsi ətrafdakıların təəccübünə səbəb olub.
Expressxeberler.az xəbər verir ki, motosiklet qəzasına düşən kişi öldüyü zənn edilərək meyitxanaya aparılıb. Lakin bir müddət sonra onun sağ olduğu məlum olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə kişinin bədəninin ağ tozla örtüldüyü görünür. Bildirilir ki, bu maddə yerli ənənəyə əsasən, vəfat edən şəxslərin bədəninə səpilir.
Hadisə yerinə toplaşan sakinlər kişinin sağ qalmasını möcüzə kimi qarşılayıblar. Onlar sevinc içində bir-birlərinə şirniyyat paylayıblar.
Görüntülərdə şahidlərin kişinin ayılan kimi siqaret istədiyini söylədikləri də eşidilir.
Yerli sakinlərdən biri isə kişinin mütləq tibbi müayinədən keçirilməsinin vacibliyini vurğulayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Nigeriya #Maraqlı #Hadisə



