Qarabağda daha 16 nəfərə aid qalıqlar aşkarlandı

IMG_0860 Dünya
09:57 Expressxeberler.az

Expressxeberlər xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransın panel müzakirəsində Qarabağda aparılan axtarış işlərindən danışıb.

O bildirib ki, təbiət hadisələri və vəhşi heyvanlar insan qalıqlarının yerini dəyişə bilər.

“Üç gün əvvəl Qarabağdan geri qayıtmışıq. 16 nəfərə aid insan qalıqları tərəfimizdən götürülüb”, – deyə Akif Quliyev bildirib.

O qeyd edib ki, mütəxəssislər dağlıq ərazilərin ətəklərindən insan qalıqlarını hissə-hissə toplayırlar:

“Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq”.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

46 baxış
Paylaş: