Rusiyada ümumi səfərbərliklə bağlı İDDİA: 50 yaşa qədər kişilər orduya çağırıla bilər
Dünya
Expressxeberler.az xəbər verir ki, Rusiyada 2027-ci il yanvarın 1-dən genişmiqyaslı ümumi səfərbərliyin keçirilə biləcəyi barədə məlumat yayılıb.
Məlumata görə, səfərbərlik elan ediləcəyi təqdirdə 50 yaşa qədər kişilərin hərbi xidmətə cəlb olunması nəzərdə tutula bilər.
Lakin hazırda bu məlumatı təsdiqləyən rəsmi qərar açıqlanmayıb. Rusiyada 2026-cı il üzrə qüvvədə olan rəsmi çağırış qaydalarına əsasən, il ərzində 18–30 yaş arası, ehtiyatda olmayan və hərbi xidmətə tabe şəxslərin çağırılması nəzərdə tutulub.
5
baxış
WhatsApp kanalımıza qoşulun
›



