5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

IMG_8983 Cəmiyyət
02:41 Expressxeberler.az

Bu gün Beynəlxalq Müəllimlər Günüdür – Azərbaycanda 33 ildir qeyd olunur

Expressxeberler.az xəbər verir ki, bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.

1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd qəbul edilib.

1994-cü ildən etibarən isə oktyabrın 5-i UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis olunub. Bu gün BMT-nin beynəlxalq günlər sisteminə də daxildir.

Beynəlxalq Müəllimlər Gününün qeyd olunmasında əsas məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyinə, eləcə də təhsil və sosial inkişafda oynadığı mühüm rola diqqət çəkməkdir.

Bu əlamətdar gün dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bununla yanaşı, bəzi dövlətlərdə milli Müəllimlər Günü fərqli tarixlərdə keçirilir. Məsələn, Türkiyədə 24 noyabr, Özbəkistanda 1 oktyabr, Çində 28 sentyabr, Cənubi Koreyada 15 may, Argentinada isə 11 sentyabr müəllimlərə həsr olunub.

Azərbaycanda isə Müəllimlər Günü 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edirik! Onlara möhkəm cansağlığı, səbir və gələcək nəsillərin yetişdirilməsində uğurlar arzulayırıq.

Expressxeberler.az

238 baxış
Paylaş: