ABŞ helikopterindən xəbər yoxdur – Pentaqon susqunluğunu qoruyur-Radardan itdi

IMG_9310 Dünya
03:51 Expressxeberler.az

ABŞ helikopteri radardan itdi – Pentaqon susur

Expressxeberler.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Sikorsky MH-60R Seahawk” helikopteri Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında, Qırmızı dəniz üzərində sürətlə hündürlüyünü itirib və daha sonra radardan itib.

Məlumata görə, helikopter əvvəlcə təxminən 91 metr hündürlükdə, saatda 220 kilometr sürətlə hərəkət edib.

Təxminən 11 dəqiqə sonra onun sürəti saatda 17 kilometrə, hündürlüyü isə sıfıra düşüb. Bundan iki dəqiqə sonra isə sürət göstəricisi sıfırlanıb və helikopterin transponder siqnalı kəsilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

ABŞ Mərkəzi Komandanlığı və Pentaqon tərəfindən hadisə ilə bağlı indiyədək hər hansı rəsmi açıqlama və ya şərh verilməyib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

73 baxış
Paylaş: