Ermənistan parlamentində dava: Yumruqlar havada uçuşdu-VİDEO

IMG_9332 Dünya
12:47 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib.

Hadisənin parlamentin spikeri Ruben Rubinyanın müxalifətçi deputat Edqar Kazaryanın çıxışını yarımçıq kəsməsindən sonra başladığı bildirilir.

Kazaryan Rubinyanı dövlət vəsaitlərini mənimsəməkdə ittiham edib. Spiker isə çıxışın gündəliyə uyğun olmadığını əsas gətirərək deputatın danışmasına imkan verməyib.

Bundan sonra deputatlar arasında gərginlik yaranıb. Mübahisəyə digər parlament üzvləri də qoşulub və vəziyyət qısa müddət ərzində əlbəyaxa davaya çevrilib.

Gərginliyin artmasından sonra Ruben Rubinyan parlament iclasına fasilə elan edib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

86 baxış
Paylaş: