“Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm” – Kövrəldi
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Əməkdar artist Füzuli Hüseynov məşhurluqdan, sənət həyatından və təqaüdə çıxmaq istəyindən danışıb.
Aktyor bu barədə “İncə səhər” proqramında danışarkən məşhur olmağın düşündüyü qədər gözəl olmadığını bildirib.
“Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm”, – deyə o bildirib.
Füzuli Hüseynov təqaüdə çıxmaq üçün səbirsizləndiyini, mənəvi cəhətdən dincəlmək istədiyini də vurğulayıb:
“Təqaüdə çıxmağı gözləyirəm. Dincəlmək istəyirəm, yorulmuşam. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm. Heç kimin yanında borcum, gözükölgəliyim yoxdur. Öhdəliklərimi bitirib daha azad, sərbəst olmaq istəyirəm. Şahin quşu olub uçmaq istəyirəm.
Əvvəl elə bilirdim ki, yaşlı adamların vaxtı gec keçir. Oturub domino oynayırlar, televizora baxırlar. Amma yaş artdıqca görürəm ki, vaxt tez keçir. Həyat mübarizədir, sona qədər davam etdirməliyik. Yorulmuşam… Fiziki yox, mənəvi cəhətdən dincəlmək, rahat olmaq istəyirəm”.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



