ABŞ İran münaqişəsinə görə yanacağa 107 milyard dollar əlavə xərcləyib

6aaa6dbf02e8bd19366ec347 İqtisadiyyat
14:54 Expressxeberler.az

ABŞ-ın İranla münaqişəsi ölkədə yanacaq xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Expressxəbərlər.az xəbər verir ki, “The Wall Street Journal” Braun Universitetinin laboratoriyasının hesablamalarına istinadən yazıb ki, amerikalılar müharibəsiz ssenari ilə müqayisədə yanacağa 107 milyard dollar daha çox pul xərcləyiblər.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin İrana ilk hücumu başladığı 28 fevraldan etibarən əlavə xərclər orta hesabla gündə 500 milyon dollar təşkil edib.

Benzin və dizel yanacağının bahalaşmasının bir çox ailənin digər xərclərini azaltmasına səbəb olduğu bildirilir.

Enerji üzrə ekspert Boris Martsinkeviç isə daha əvvəl Səudiyyə Ərəbistanının ehtiyatlarının tükənməsindən sonra neft qiymətlərinin arta biləcəyini bildirmişdi.

7 baxış
Paylaş: