Pensiyaların artırılması ilə bağlı
Cəmiyyət
Azərbaycanda pensiyalara ayrılan vəsait 5,8 milyard manatı ötüb
Bu ilin ilk 9 ayında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.
Expressxeberler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pensiya ödənişlərinə ayrılan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 548 milyon manat artıb.
Bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat olub.
Yanvar-sentyabr aylarında 28 min pensiya təyin edilib. Elektron pensiya təyinatına başlanılan 2019-cu ilin əvvəlindən indiyədək isə 206 min pensiya elektron sistem vasitəsilə proaktiv qaydada təyin olunub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



