Rusiya Ukraynanın metallurgiya zavodlarına kütləvi hücuma keçib
Dünya
Expressxeberler.az xəbər verir ki, oktyabrın 17-nə keçən gecə Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərində yerləşən metallurgiya zavoduna hücum edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbə quru, hava və dənizdən yüksək dəqiqlikli silahlarla, eləcə də hücum dronları vasitəsilə endirilib.
Nazirlik bildirib ki, hədəf Ukraynanın metallurgiya sənayesinin ən böyük müəssisələrindən biridir və ölkənin hərbi-sənaye kompleksinə məhsul tədarük edir. Bununla belə, zavodun adı açıqlanmayıb.
Ən son xəbərlər üçün Expressxeberler.az saytını izləyin.
26
baxış



