TƏBİB-Ə yeni rəhbər təyin olundu

IMG_1363 Gündəm
22:44 Expressxeberler.az

TƏBİB-in İcraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.
Expressxeberler.az Oxu.Az-a istinadən xəbər verir ki, Bahadur Rzayev bu gündən TƏBİB-in İcraçı direktorunun səlahiyyətlərini icra etməyə başlayıb.
Qeyd edək ki, Bahadur Rzayev daha əvvəl TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.
“Yüksəliş” müsabiqəsinin finalçısı olan Bahadur Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsil alıb və proqram birincisi olub.
B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.

11 baxış
Paylaş: