Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı – Şüşəni sındırıb qaçdı

IMG_1706 Gündəm
11:30

Bakıda sərnişin avtobusunda xuliqanlıq – Şüşəni təpiklə sındırdı

Expressxeberler.az xəbər verir ki, Yasamal rayonunda 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda xuliqanlıq hadisəsi baş verib.

Naməlum şəxs 99-JP-013 dövlət nömrə nişanlı avtobusun dayanacaqdan kənarda saxlanılmasını tələb edib. Sürücü avtobusu növbəti dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs aqressiv davranışını davam etdirib.

O, avtobusun salonundakı elektron ödəniş avadanlığına zərər vurub, daha sonra ön qapının şüşəsini təpiklə sındıraraq hadisə yerindən qaçıb.

Hadisə avtobusun müşahidə kameraları tərəfindən qeydə alınıb. Faktla bağlı polisə məlumat verilib.

Polis tərəfindən hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Yasamal #Avtobus

17 baxış
Paylaş: