256 sərnişin daşıyan təyyarə palçığa batdı – Uçuş ləğv edildi

IMG_5972 Dünya
04:55

256 sərnişin daşıyan təyyarə palçığa batdı – Uçuş ləğv edildi

Expressxeberler.az xəbər verir ki, “British Airways” aviaşirkətinə məxsus 256 sərnişin daşıyan təyyarə London hava limanlarından birində hərəkət zolağından çıxaraq palçığa batıb.

“Boeing 787-10 Dreamliner” tipli təyyarə hərəkət zolağından kənara çıxaraq otlu sahəyə düşüb və yerə batıb.

Hadisə nəticəsində Laqosa həyata keçirilməsi planlaşdırılan uçuş baş tutmayıb və sonradan ləğv edilib.

Sərnişinlər təyyarədən təxliyə olunaraq avtobuslarla terminala aparılıblar. Hadisə zamanı xəsarət alan olmayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #BritishAirways #Təyyarə #Dünya

Kateqoriya: Dünya

130 baxış
Paylaş: