Hamının sevərək reklam etdiyi qidadan kif çıxdı
Cəmiyyət
Azərbaycana gətirilən 293 kiloqram şokoladlı meyvə məhv edildi
Azərbaycana İspaniyadan idxal edilən dondurulmuş şokoladlı meyvə məhsulunda təhlükəli uyğunsuzluq aşkarlanıb.
Expressxeberler.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Pannamore” MMC-nin idxal etdiyi 293,4 kiloqram “Franui Pink” əmtəə nişanlı məhsuldan nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Məhsulun İspaniyada fəaliyyət göstərən “FraNui Espana S.l.” müəssisəsində istehsal olunduğu bildirilib.
Laborator müayinələrin nəticələrinə əsasən, məhsul partiyasında kif və maya göbələkləri üzrə uyğunsuzluq müəyyən edilib.
Bununla əlaqədar istehlaka yararsız məhsulun ölkə ərazisindən çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub. Sahibkarın müraciəti əsasında 293,4 kiloqram məhsul məhv edilib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #AQTA #QidaTəhlükəsizliyi #Azərbaycan



