İsraildən gecə hücumu başladı: “Hizbullah”ın obyektlərini darmadağın etdi

IMG_6023 Dünya
02:31

İsraildən gecə hücumu başladı: “Hizbullah”ın obyektini darmadağın etdi

Expressxeberler.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) Hərbi Hava Qüvvələri Livanın şərqində yerləşən Bekaa vadisinin Canta bölgəsində “Hizbullah” təşkilatına məxsus obyektə hava zərbəsi endirib.

Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hədəfə alınan obyekt əvvəllər raket istehsalı və silahların saxlanılması üçün istifadə edilib.

Bildirilib ki, İsrail ordusu hazırkı münaqişə zamanı həmin obyektə dəfələrlə zərbələr endirib. Son hücum isə “Hizbullah” üzvlərinin əraziyə gəldiyi barədə məlumat əldə olunmasından sonra həyata keçirilib.

İsrail hərbçiləri obyektin yenidən fəaliyyətə başlamasının qarşısını almaq məqsədilə onun giriş hissələrini bombalayıb.

Hadisələrlə bağlı ən son xəbərləri izləmək üçün Expressxeberler.az saytına daxil olun.

#İsrail #Livan #Hizbullah #Expressxeberler.az

Kateqoriya: Dünya

16 baxış
Paylaş: