Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR – BUNDAN SONRA…

IMG_5970 Gündəm
04:50

İkinci əl mənzillərin satışında ƏDV qaydası dəyişə bilər

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda ikinci əl mənzillərin təkrar satışına münasibətdə ƏDV-nin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur.

Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin 3 il ərzində təkrar satışı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Hazırda belə mənzillərin təkrar satışı zamanı vergi mənzilin ümumi satış dəyərinə tətbiq edilir. Yeni təklifə görə isə ƏDV yalnız mənzilin alış və satış qiyməti arasındakı fərqə hesablanacaq.

Dəyişikliyin əsas məqsədi ikinci əl mənzil bazarında vergi yükünü azaltmaq, rəsmi satışları stimullaşdırmaq və qeyri-rəsmi dövriyyənin qarşısını almaqdır.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #ƏDV #MənzilBazarı #VergiMəcəlləsi

81 baxış
Paylaş: