Alim Qasımovun mahnısı məşhur oyunda – Qalmaqal iddialarına cavab
Cəmiyyət
Alim Qasımov və Fərqanə Qasımovanın ifası GTA 6-da yer aldı
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan “GTA 6”nın musiqi siyahısına daxil edilib.
Expressxeberler.az xəbər verir ki, sənətçilərin ifası oyunda yer alan “Kaleidoscope FM” radiosunda “Say It Right” adı ilə səsləndiriləcək.
İngilis dilində ifa olunan mahnının nəqarət hissəsində Alim Qasımov və Fərqanə Qasımovanın xanəndə ifasından istifadə edilib.
Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər ifanın müəllif hüquqları nəzərə alınmadan oyuna daxil edildiyini düşünsələr də, Alim Qasımov məsələyə aydınlıq gətirib.
Xalq artisti bildirib ki, mahnının “Rockstar Games” şirkətinin hazırladığı layihədə istifadəsi rəsmi əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Sənətçi açıqlamasında qeyd edib ki, Fərqanə Qasımova ilə birgə ifa etdikləri “Say It Right” mahnısının oyunda yer alması barədə yayılan məlumatlar doğrudur və bu, şirkətlə razılaşdırılmış əməkdaşlığın nəticəsidir.
Qeyd edək ki, layihənin əməkdaşlıq üzrə icraçıları İlkin Robin və Young Caseyme, mahnının aranjimanı üzrə isə Fərid Mərd göstərilib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #AlimQasımov #FərqanəQasımova #GTA6



