Atlant”ın rəhbəri vəfat etdi
Gündəm
Müsadirə edilən “Atlant”ın rəhbəri vəfat etdi
Expressxeberler.az xəbər verir ki, Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Mərhumun nəşi bu gün Bakıdan Qubaya aparılacaq və ata yurdu olan İsnov kəndində dəfn ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Tahir Qədəşovun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədova barəsində hökm oxunub. Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Talış Məhəmmədovaya isə şərti cəza verilib.
Həmçinin üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzi müsadirə edilib. Nofəl Hacıyev vətəndaşlardan alınan 14 milyon manatın istirahət mərkəzinin təmir-tikinti işlərinə yatırılmasında ittiham olunurdu. O isə bu məsələdə qayınatasını günahlandırırdı.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Atlant #Nabran #Quba



