Toyda oynamaq üstündə qan töküldü
Gündəm
Salyanda mahnı sifarişinə görə dava düşdü – Bıçaqlandı
Expressxeberler.az xəbər verir ki, Salyan rayonunda keçirilən şənliklərdən birində musiqi sifarişinə görə yaranan mübahisə davaya çevrilib.
İçkili vəziyyətdə olan iki şəxs arasında qarşıdurma tərəflərdən birinin istədiyi mahnının səsləndirilməsini tələb etməsi səbəbindən başlayıb.
Bu zaman əvvəllər məhkum olunmuş X.Verginov kəsici alətlə digər şəxsə xəsarətlər yetirib.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
#Expressxeberler.az #Salyan #Hadisə
16
baxış



