Şəmkirdə FACİƏ 35 yaşlı qadın abort zamanı öldü
Gündəm
Şəmkirdə dəhşətli hadisə: Qadın abort zamanı həyatını itirdi
Expressxeberler.az xəbər verir ki, Şəmkirdə abort əməliyyatı zamanı qadın dünyasını dəyişib.
Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Prosedur zamanı qadının qəfil halı pisləşib.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.
Qeyd edək ki, mərhumun üçüncü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Şəmkir #Hadisə #Araşdırma



