Tanınmış həkim həbs olundu
Gündəm
Tanınmış stomatoloq həbs edildi – 26 min manatdan çox pul mənimsəyib
Expressxeberler.az xəbər verir ki, tanınmış stomatoloq Zeynalabdin Allahyarov dələduzluq ittihamı ilə həbs olunub.
Məlumata görə, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinən həkim məhkəmənin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Zeynalabdin Allahyarov müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat pul əldə edib.
“Zeynal” adı ilə də tanınan stomatoloqun bu əməlləri “Loft Dent”, “L.A Dent” və “Mediland Hospital”da törətdiyi bildirilir.
Pasiyentlərdən pul almasına baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Hadisə #Stomatoloq #Məhkəmə



