Bakıda bağbanın həkimin sürücüsünü bıçaqlaması ilə bağlı yeni təfərrüatlar

IMG_6206 Gündəm
04:11

Bakıda bağbanın həkimin sürücüsünü bıçaqlaması ilə bağlı yeni təfərrüatlar – Qonşular danışdı

Expressxeberler.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yerləşən villada həkimin sürücüsü Həsəğa Həsənovun bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Hadisənin şahidi olan qonşuların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb. Villanın sahibi isə qonşulardan kömək istəyib.

Qonşular hadisə iştirakçıları arasında əvvəllər hər hansı münaqişənin şahidi olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, tərəflər arasında münasibətlər olduqca yaxşı olub.

Qonşulardan biri hadisə ilə bağlı bunları deyib:

“Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər”.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Bilgəh #Hadisə

290 baxış
Paylaş: