Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

IMG_1717 Gündəm
12:50

Polad Bülbüloğlu gözləri ilə bağlı ağır əməliyyatlar keçirdiyini açıqladı

Expressxeberler.az xəbər verir ki, Xalq artisti Polad Bülbüloğlu son illərdə görmə qabiliyyəti ilə bağlı ciddi problemlər yaşadığını və bu səbəbdən İsraildə beş ağır əməliyyat keçirdiyini açıqlayıb.

Sənətkar bu barədə “YouTube” platformasında yayımlanan “Sheinkin40” proqramına müsahibəsində danışıb.

Bakıda lentə alınan müsahibədə Polad Bülbüloğlu gözündəki problemlərin həlli üçün bir sıra ölkələrə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya da daxil olmaqla müxtəlif ölkələrdə müayinələrdən keçsə də, effektiv tibbi yardımı İsraildə əldə edib.

Xalq artisti bildirib ki, Təl-Əvivdə bir, Hayfada isə dörd olmaqla ümumilikdə beş ağır cərrahi əməliyyat keçirib:

“Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Orada beş ağır cərrahi müdaxiləyə məruz qaldım. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfada icra olundu. Məhz həmin həkimlərin sayəsində bu gün qarşınızda oturub sizi görə bilirəm”.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #PoladBülbüloğlu #XalqArtisti #Mədəniyyət

27 baxış
Paylaş: