Sergey Lavrovun G20 toplantısında iştirakı müzakirə olunur

6aa9591402e8bd63756a6495 Siyasət
00:08 Expressxeberler.az

Rusiya xarici işlər naziri Sergey Lavrovun G20 Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı müzakirə olunur.

Expressxeberler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi sentyabrın 23-24-də Nyu-Yorkda keçiriləcək tədbirlərə hazırlıqlarını davam etdirir.

Zaxarova qeyd edib ki, Sergey Lavrovun G20 Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı ilə bağlı məsələ hazırda müzakirə olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarın hələ verilmədiyini açıqlayıb.

111 baxış
Paylaş: