Rusiya və Çinin addımları dolların ehtiyatlardakı payına təsir edir – Bessent

6aa52cc902e8bd26854842a8 İqtisadiyyat
00:42 Expressxeberler.az

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Rusiya və Çinin hərəkətləri ABŞ dollarının qlobal ehtiyat aktivlərindəki payının azalmasına təsir edən əsas amillərdən biridir.

Expressxeberler.az xəbər verir ki, Bessent bununla yanaşı, ABŞ dollarının beynəlxalq ticarətdə dominant mövqeyini qoruduğunu qeyd edib.

“Qlobal əməliyyatlarda ABŞ dollarının payı artmaqda davam edir. Əslində, dolların qlobal əməliyyatlarda payı bu il artıb”, – deyə RİA Novosti Bessentin sözlərindən sitat gətirib.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Moskvaya təzyiqinin BRICS ölkələri ilə ticarətdə dollardan imtina prosesinə səbəb olduğunu bildirmişdi.

2 baxış
Paylaş: