Anthropic Avstraliyada 31,9 milyard dollarlıq məlumat mərkəzi tikəcək

6aaa4cfaae5ac93e406b3507 (1) İqtisadiyyat
13:35 Expressxeberler.az

Expressxəbərlər.az xəbər verir ki, ABŞ-ın süni intellekt şirkəti Anthropic 31,9 milyard dollar dəyərində layihə çərçivəsində ilk məlumat mərkəzini Avstraliyanın Kvinslend ştatında inşa edəcək.

Bu barədə “The Guardian” məlumat yayıb.

Sənədlərə əsasən, layihənin dörd mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlk mərhələnin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Kvinslendin Baş naziri Devid Krisafulli razılaşmanı ştatda yeni iş yerlərinin yaradılmasına imkan verəcək “böyük qələbə” kimi qiymətləndirib.

O bildirib ki, məlumat mərkəzinin inkişafı enerji istehsalının artırılması və Kvinslend sakinləri üçün enerji qiymətlərinin aşağı salınması ilə müşayiət olunmalıdır.

6 baxış
Paylaş: