Britni Spirs oğulları ilə bir araya gəldi – Fotolar
Şou-biznes
Expressxeberler.az xəbər verir ki, dünya şöhrətli müğənni Britni Spirs oğulları, 21 yaşlı Şon Preston və 20 yaşlı Ceyden Ceymslə birlikdə səyahətə çıxıb.
Sənətçi oktyabrın 7-də sosial şəbəkə hesabında oğulları ilə çəkdirdiyi fotoları paylaşıb. Ailə ABŞ-də yerləşən, məşhur müğənni Dolli Partona məxsus “Dollywood” əyləncə parkında vaxt keçirib.
Britni gəzinti zamanı diqqət çəkməmək üçün gün eynəyi və tibbi maskadan istifadə edib. O, zolaqlı üst geyimi, cins mini ətəyi və sandalları ilə rahat tərzə üstünlük verib.
Müğənni paylaşımında əyləncə parkının mövcudluğundan əvvəl xəbərsiz olduğunu və məkanın ona çox maraqlı gəldiyini bildirib. O, həmçinin havanın həddindən artıq isti olmasından və ətəyinin əyninə böyük gəlməsindən danışıb.
Qeyd edək ki, Britni Spirsin oğulları keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlaynla nikahından dünyaya gəlib. Şon Preston və Ceyden Ceyms son vaxtlar moda sahəsində də diqqət çəkirlər. Onlar Paris Kişi Moda Həftəsi çərçivəsində “Vetements” brendinin nümayişində podiuma çıxıblar. Ceyden Ceyms isə “Interview” jurnalında yer alıb və “MAC” kosmetika brendinin kişi məhsulları xəttinin siması olub.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



