Colinin malikanəsini Madonna alıb?
Şou-biznes
Ancelina Colinin malikanəsini Madonnanın aldığı barədə xəbərlər təkzib edildi
Expressxeberler.az xəbər verir ki, Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonnanın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
“People” nəşrinin məlumatına görə, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMillə məxsus olmuş, təxminən iki akr ərazini əhatə edən mülkünü 24,75 milyon dollara satıb. Satış barədə ilk məlumatı “TMZ” yayıb.
Colinin əmlak agenti satışla bağlı yayılan iddiaları təkzib edib. O, alıcının kimliyini açıqlamasa da, onun Madonna olmadığını bildirib.
Agent Karvell açıqlamasında qeyd edib ki, bəzi media nümayəndələri alıcının kimliyini öyrənməyə çalışsalar da, alıcının şəxsi həyatının qorunması məqsədilə məxfilik müqaviləsi imzalanıb. Onun sözlərinə görə, bu səbəbdən heç bir məlumat və ya ipucu paylaşılmır, nəticədə bəzi nəşrlər həqiqətə uyğun olmayan xəbərlər yayırlar.
Karvell, həmçinin bildirib ki, malikanəyə sadəcə məşhurun mülkünü görmək üçün maraq göstərən şəxslərlə real alıcıları fərqləndirmək məqsədilə potensial alıcılar yoxlanılıb.
Qeyd edək ki, daha əvvəl Madonnanın malikanə ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. “New York Post” nəşrinin məlumatına görə, müğənni üçün hətta evə virtual tur da təşkil olunub.
Ancelina Coli malikanəsini may ayında satışa çıxarıb. Aktrisanın bu qərarı Los-Ancelesdən köçmək istəyi ilə əlaqələndirilib. Buna səbəb kimi onun əkiz övladlarının yetkinlik yaşına çatması göstərilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



