İrəvanda avtomobillər artır, tıxaclar böyüyür – Paşinyandan yeni təklif
Siyasət
Expressxeberler.az xəbər verir ki, Ermənistanda avtomobillərin sayının artması ölkənin əsas yollarında nəqliyyat sıxlığı ilə bağlı problemləri gündəmə gətirib.
Baş nazir Nikol Paşinyan oktyabrın 1-də hökumətin iclasında yol tikintisi proqramlarını müzakirə edərkən dövlətlərarası və respublika əhəmiyyətli yollarda yaxın vaxtlarda tıxac probleminin daha da artmasının mümkün olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, bəzi günlərdə və mövsümlərdə həmin yollarda hərəkətin çətinləşməsi artıq müşahidə edilir. O, mövcud marşrutlara alternativ yolların yaradılmasının zəruri olduğunu vurğulayıb.
Baş nazir Tavuş vilayətindəki Yenokavan-Qırmızısu yolunun əsaslı təmirindən də danışıb. Bildirib ki, hazırda torpaq örtüklü olan yol ilk dəfə asfaltlanacaq. Atan-Yenokavan yolunun tikintisinin isə strateji əhəmiyyət daşıdığını qeyd edib.
Paşinyan həmçinin Aygeovit-Vazaşen-Paravakar-Aygepar yolunun əsaslı təmirindən sonra Berd şəhərinə aparan daha bir abad yolun yaranacağını bildirib.
Onun fikrincə, yol infrastrukturunun inkişafı Berd və ətraf yaşayış məntəqələrində iqtisadi və turizm fəallığının artmasına şərait yarada bilər.
Ən son xəbərləri Expressxeberler.az saytından izləyin.



