Oğrular 45 dəqiqə qapını açmağa çalışdı, amma pişik imkan vermədi – VİDEO
Dünya
Expressxeberler.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oğruların mənzilə daxil olmaq cəhdi gözlənilməz şəkildə nəticələnib.
Hadisə yaşayış komplekslərindən birində baş verib. Məlumata görə, 4 qadın əvvəlcə binanın 10-cu mərtəbəsindəki mənzilə daxil olaraq oğurluq edib. Daha sonra isə 12-ci mərtəbədə yerləşən başqa bir mənzilə girməyə cəhd göstəriblər.
Lakin bu dəfə onları 8 yaşlı Möcüzə adlı pişik qarşılayıb. Qapının açıldığını görən pişik qadınların üzərinə atılıb və pəncələri ilə onları geri çəkilməyə məcbur edib.
Qadınlar əlcək geyinərək pişiyi kənarlaşdırmağa və mənzilə daxil olmağa bir neçə dəfə cəhd göstərsələr də, Möcüzə hər dəfə onların qarşısını kəsib.
Qarşıdurma təxminən 45 dəqiqə davam edib. Nəticədə qadınlar mənzilə daxil ola bilməyərək ərazidən uzaqlaşıblar.
Mənzil sahibi daha sonra təhlükəsizlik kameralarının görüntülərinə baxarkən hadisədən xəbər tutub.
Polis şübhəli bilinən qadınların axtarışını davam etdirir.
Həmin anların görüntülərini təqdim edirik.



