Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü dayandırır
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Avropadakı bəzi müştərilərinə sentyabrın sonunda müəyyən xam neft tədarüklərini ləğv edəcəyi barədə məlumat verib.
Expressxeberler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, buna səbəb Qırmızı dənizin qərb sahilində yerləşən limana aparan Şərq-Qərb neft kəmərinin fəaliyyətinin dayandırılmasıdır. Kəmərin dayandırılmasının daha bir hücumdan sonra baş verdiyi bildirilir.
Səudiyyə Ərəbistanı həmçinin Qırmızı dənizdə Yəmən husilərinin hücumları və Hörmüz boğazının bağlanması ilə əlaqədar ixrac problemləri ilə üzləşir.
Qeyd edək ki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin təmiri üçün bir neçə həftəyə ehtiyacı olacağı təqdirdə qlobal neft qiymətlərinin bir barel üçün 120-130 dollara qədər yüksələ biləcəyini bildirib.



