“Şahrux Xan bu klipi görsə, karyerasını bitirər”

IMG_0871 Şou-biznes
19:09 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq Gəncəli həmin kadrların uzun illər gizli qaldığını və artıq “Tarixi Arxiv” statusu aldığını bildirib.

“Zaur, Şahrux Xan belə bu klipi görsə, karyerasını bitirər. 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən, illərdir gizli qalan hind klipimiz artıq “Tarixi Arxiv” statusu alıb. 15 il keçib. Sağ olsun Zamiq, indi bu kadrları üzə çıxarıb. Deyirəm, bəlkə bu klipin təqdimat mərasimini keçirək”, – deyə Afaq Gəncəli yazıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

32 baxış
Paylaş: