Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

IMG_0869 Şou-biznes
19:06 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb.

Aparıcı sosial şəbəkədə canlı yayım zamanı fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb. O, hazırda radio və ARB TV-də çalışdığını bildirib:

“Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərində çalışırıq. Bəziləri niyə yanıb tökülür? Hamı bizə baxır. Amma məşhurları həzm edə bilmir bəziləri. Evdə anası da, bacısı da bizə baxır”.

Görünüşü ilə bağlı sualı cavablandıran Zaur botoks etdirmədiyini deyib:

“Botoks etmirəm. Edənlərə də pis baxmıram. Kişi kişi kimi görünməlidir”.

Televiziyaya yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suala isə aparıcı belə cavab verib:

“Efirdəyəm, radioda çalışıram. Televiziyada isə hazırlaşıram. Qəşəng və fərqli layihə olacaq. Məni onda da bəyənəcəksiniz”.

Qeyd edək ki, Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” proqramının yayımı ötən mövsüm dayandırılıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

28 baxış
Paylaş: