“Transformerlər”in aktyoru gizli boşandı
Şou-biznes
Expressxeberler.az xəbər verir ki, “Transformerlər” filmi ilə məşhurlaşan amerikalı aktyor Şaya Labaf və həyat yoldaşı, aktrisa-model Mia Qot boşanıb.
32 yaşlı Mia Qot 40 yaşlı aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib. Sənədlərdə ayrılıq səbəbi kimi barışmaz fikir ayrılıqları göstərilib. Cütlüyün rəsmi olaraq 28 iyul 2025-ci ildə boşandığı qeyd olunub.
Qeyd edək ki, Şaya Labaf və Mia Qot 2012-ci ildə “Nimfoman” filminin çəkilişləri zamanı tanış olublar. 2016-cı ildə ailə quran cütlük iki il sonra ayrılmaq qərarına gəlsə də, daha sonra münasibətlərini bərpa ediblər.
Cütlüyün 2022-ci ildə İzabel adlı qızı dünyaya gəlib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
36
baxış



