“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
Şou-biznes
Xoşqədəm Hidayətqızı verilişdən ayrılmasının səbəbini açıqladı – “Yaramın qaysağı qopurdu”
Expressxeberler.az xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.
Aparıcı “Günaydın, Azərbaycan” verilişindən ayrılmasının səbəbini açıqlayıb. O bildirib ki, əvvəllər layihədə valideynləri ilə birlikdə iştirak edib. Lakin onların vəfatından sonra verilişə çıxmaq onun üçün mənəvi baxımdan ağır olub.
“Verilişə əvvəl valideynlərimlə çıxırdım. Sonra orada çıxış etmək mənə valideynlərimi xatırladırdı. Çox pis olurdum, təkrar yaramın qaysağı qopurdu. Ona görə də o layihədən getdim”, – deyə aparıcı bildirib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı əvvəl anasını, bir müddət sonra isə atasını itirib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



