Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
Gündəm
Milli Parkda qanunsuz balıq ovlayan şəxs saxlanıldı – 10 kiloqramdan çox balıq aşkarlandı
Expressxeberler.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Qızılağac Milli Parkının nümayəndələri ilə birgə əməliyyat keçiriblər.
Tədbir zamanı Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb.
Şəxsi axtarış və baxış zamanı ondan ümumi çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar, eləcə də qadağan olunmuş ov alətləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Lənkəran #QanunsuzOv #Ekologiya



