Vətən müharibəsində Vyetnamın dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq” – Prezident

IMG_1726 Gündəm
15:02

İlham Əliyev Vyetnama təşəkkür etdi: “Dəstəyini unutmuruq”

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda təşkil olunan rəsmi naharda çıxışı zamanı Azərbaycanla Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışıb.

Dövlət başçısı bildirib ki, iki ölkə BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq həyata keçirir.

İlham Əliyev Vyetnamın, xüsusilə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstəyə və nümayiş etdirdiyi ədalətli mövqeyə görə minnətdarlığını ifadə edib.

Prezident, həmçinin ölkələr arasında mədəni və humanitar əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #İlhamƏliyev #Azərbaycan #Vyetnam

26 baxış
Paylaş: