Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək” – Paşinyan

IMG_1727 Gündəm
15:03

Paşinyan TRIPP layihəsi ilə bağlı tarixi açıqlamanın veriləcəyi tarixi açıqladı

Expressxeberler.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP nəqliyyat layihəsinin işə salınması ilə bağlı rəsmi açıqlamanın noyabrın 22-də veriləcəyini bildirib.

Paşinyanın sözlərinə görə, sabah layihənin başlanması rəsmən elan olunacaq.

Qeyd edək ki, noyabrın 18-də parlamentdə hökumətin fəaliyyəti ilə bağlı keçirilən müzakirələr zamanı Paşinyan TRIPP layihəsinin artıq praktiki icra mərhələsinə daxil olduğunu açıqlamışdı. O, layihənin həyata keçirilməsi prosesində Ermənistan-Azərbaycan sərhədinin cənub istiqamətində delimitasiya və demarkasiya tədbirlərinin də mühüm əhəmiyyət daşıdığını vurğulamışdı.

TRIPP layihəsi Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçən, təxminən 42 kilometrlik nəqliyyat xətti vasitəsilə birləşdirməyi nəzərdə tutur. Layihə çərçivəsində dəmir yolu və avtomobil yollarının, eləcə də digər kommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #TRIPP #Azərbaycan #Ermənistan

34 baxış
Paylaş: