Birinci xanımlar Hanoyda İrs Evində olublar

IMG_1730 Gündəm
17:02

Mehriban Əliyeva və qızları Hanoyda İrs Evi ilə tanış oldular

Expressxeberler.az xəbər verir ki, noyabrın 21-də Hanoy şəhərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə görüşü keçirilib.

Görüş Hanoyun Köhnə Məhəlləsində yerləşən İrs Evində baş tutub. XIX əsrdə inşa edilmiş tarixi binada Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Vyetnamın milli irsini əks etdirən əl işləri və qədim yaşayış memarlığı barədə məlumat verilib.

Azərbaycanın birinci xanımı və qızları Vyetnamın ənənəvi çay təqdimetmə mərasimini izləyiblər.

Daha sonra UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş, tarixi XI əsrə gedib çıxan ənənəvi Ca Trù musiqi sənəti nümayiş olunub.

Proqram çərçivəsində Vyetnamın rəmzi milli geyimi olan Áo Dài də təqdim edilib. İpək parçalardan hazırlanan, müxtəlif naxış və işləmələrlə bəzədilən geyimlər ölkənin tarixi və mədəniyyətini əks etdirib.

Sonda Mehriban Əliyevaya Vyetnam kalliqrafiya sənətinin nümunəsi hədiyyə olunub.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #MehribanƏliyeva #Vyetnam #LeylaƏliyeva

9 baxış
Paylaş: