3 kiçik vərdiş ömrü 9 il uzada bilər
İdman
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər.
Expressxeberler.az xəbər verir ki, 2026-cı ildə “eClinicalMedicine” jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsinin nəticələrinə əsaslanır.
Araşdırmaya görə, gündə 7-8 saat yatmaq, ən azı 40 dəqiqə fiziki aktiv olmaq və balanslı qidalanmaq ömrü 9 il 4 ay, sağlam yaşanılan müddəti isə 9 il 5 ay artıra bilər.
Alimlər bildirirlər ki, hətta yuxu müddətini 5 dəqiqə artırmaq, gündəlik fiziki aktivliyə 2 dəqiqə əlavə etmək və daha çox tərəvəz yemək də sağlamlığa müsbət təsir göstərə bilər.
Mütəxəssislər yeni vərdişləri gündəlik həyata daxil etməyi və dəyişiklikləri tədricən həyata keçirməyi tövsiyə edirlər.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



