Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi”

IMG_1009 İdman
10:45 Expressxeberler.az

Sabah” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla həm öz tarixində, həm də Azərbaycan futbolu tarixində yeni səhifə açıb.

Expressxeberler.az xəbər verir ki, litvalı baş məşqçi Valdas Dambrauskasın gəlişindən sonra komanda ardıcıl çempionluqlar qazanan “Qarabağ”ın tituluna son qoyub. Daha sonra isə Ağdam təmsilçisinin uğurunu təkrarlayaraq qitənin ən nüfuzlu klub turnirində mübarizə aparmaq hüququ əldə edib.

Komandanın bu il dörd mərhələ keçərək Liqa mərhələsinə yüksəlməsində əsas pay sahiblərindən biri də Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov olub. Müdafiəçi 10 legionerin arasında bütün oyunlarda meydana çıxaraq həm inamlı oyunu, həm də liderlik xüsusiyyətləri ilə diqqət çəkib.

Təsnifat mərhələsinin səkkiz matçında əvəzolunmaz olan Rəhman Daşdəmirov milli komandanın da əsas üzvlərindən biridir. O, Azərbaycan millisinin heyətində son dörd matçın üçündə meydana çıxıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

8 baxış
Paylaş: