Bakıda faciə: Ana uşağını qonşuya tapşırdı, 2 yaşlı körpə öldü
Gündəm
Bakıda dəhşətli faciə: 2 yaşlı uşaq pilləkəndən yıxılaraq öldü
Expressxeberler.az xəbər verir ki, oktyabrın 28-də Bakının Sabunçu rayonunda 2 yaşlı uşağın ölümü ilə nəticələnən faciə baş verib.
Hadisə rayonun Anaşkin küçəsində qeydə alınıb. Məlumata görə, 2024-cü il təvəllüdlü A. İsmayılovun anası mağazaya gedərkən azyaşlı uşağını müvəqqəti olaraq qonşusuna tapşırıb.
Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb. Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava baş verib.
Hadisə zamanı uşağın atasının işdə olduğu bildirilir.
Azyaşlının hansı şəraitdə və hansı səbəbdən yıxılaraq öldüyü araşdırılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Bakı #Sabunçu #UşaqÖlümü #Faciə #Hadisə #Expressxeberler #Expressxeberler.az



