Sabah 20 dərəcə isti olacaq
Cəmiyyət
Sabah Bakıda 21 dərəcə isti olacaq – Dağlıq ərazilərə qar yağacaq
Expressxeberler.az xəbər verir ki, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11°, gündüz 17-21° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi ayrı-ayrı ərazilərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 4-8°, gündüz 15-20° isti olacaq. Dağlıq ərazilərdə gecə 2° şaxtadan 3°-dək isti, gündüz isə 11-16° isti gözlənilir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#HavaProqnozu #Bakı #Azərbaycan #Noyabr19 #Expressxeberler.az
Kateqoriya: CəmiyyətX



