Sahibkarlara şad xəbər: Mobil həllərlə bəyannamə verə biləcəklər

IMG_1678 Cəmiyyət
13:09

2027-ci ildən vergi bəyannamələri avtomatik təqdim ediləcək

Azərbaycanda 2027-ci ildən vergi bəyannamələrinin təqdim edilməsi prosesi tam avtomatlaşdırıla bilər. Yeni sistem sahibkarların vergi öhdəliklərini yerinə yetirməsini xeyli asanlaşdıracaq.

Expressxeberler.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev bildirib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidmətində mövcud olan məlumatlar əsasında mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış bəyannamələrin təqdim edilməsi prosesinin işə salınması planlaşdırılır. Bununla bağlı texniki həllər artıq tamamlanmaq üzrədir.

Rəis müavini qeyd edib ki, yeniliklərdən biri də sahibkarların vergi orqanlarının təqdim etdiyi məlumatlarla razılaşdıqları halda bəyannaməni təsdiqləmək üçün sistemə daxil olmaq məcburiyyətində qalmamasıdır.

Belə ki, elektron sistemdə mövcud olan məlumatlar əsasında bəyannamələrin təsdiqi avtomatik həyata keçiriləcək. Bunun üçün qanunvericiliyə müvafiq dəyişikliklər də edilib.

Emil Qarayev vurğulayıb ki, əsas məqsəd inzibati müdaxilələri minimuma endirmək, nəzarəti risk əsaslı həyata keçirmək və vergi qanunvericiliyinə əməl olunmasını asanlaşdırmaqdır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Vergi #Azərbaycan #İqtisadiyyat

5 baxış
Paylaş: