Xərçəngin dərmanı TAPILDI – Satışına başlanılır!

IMG_5007 Dünya
10:05

Expressxeberler.az xəbər verir ki, Qazaxıstan alimlərinin hazırladığı ilk xərçəng əleyhinə preparatın 2027-ci ilin ortalarında ölkə bazarına çıxarılması planlaşdırılır.

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib ki, preparatın klinik sınaqlarının birinci mərhələsi uğurla başa çatıb və hazırda ikinci mərhələyə başlanılır.

Nazirin sözlərinə görə, dərmanın hazırlanmasında gecikmə klinik sınaqlara qoyulan ciddi tələblərlə əlaqədardır.

“Gələn ilin ortalarınadək preparatın hazırlanmasını başa çatdırmağı və onu mərhələli şəkildə bazara çıxarmağa başlamağı planlaşdırırıq”, – deyə Sayasat Nurbek qeyd edib.

#Xərçəng #Qazaxıstan #Tibb #Expressxeberler.az

1. 927 baxış
Paylaş: